===İbrahimoğulları===

Və cəhd edin Allahda Ona haqq cəhdlə. O seçdi sizi və etmədi sizin üzərinizə dində çətinlik – atanız Ibrahimin millətidir. O adlandırdı sizi bundan qabaq təslimolan və bu da, olsun rəsul şahid üzərinizdə və olasınız şahidlər insanlar üzərində. Və qalxın ayağa islahata və əta edin zəkatı və yapışın Allah ilə - O Mövlanızdır sizin. Və gözəl Mövla və gözəl Nəsirdir!

Quran 22-ci surə 78-ci ayət

 

AZE RUS ENG

Yeniliklər və anonslar

Birbaşa yayım


Güvənirik Allah ilə şeytandan mürəciət etmişdən.
Ismi ilə Allahın - Rəhmanın, Rəhimin!

Həmd Allah üçündür Rəbbidir aləmlərin.
Aqibət müttəqilər üçündür.
Allahın sülhü və əminamanlığı olsun üzərinə o kəslərin, ki iman gətirdilər və əməli salehdirlər və biri birini haqq ilə və biri birini səbr ilə tövsiyə etdilər.
Və Allahın lənəti olsun Onun və inanların düşmənlərinin uzərinə - o kəslərin ,ki kafirdirlər - ta bu gündən qiyamətin gününə qədər və sonra …!!!

Biz "Ekspress" qazetində 31.07.2003-05.08.2003 tarixində çıxan məqaləni sizə təqdim edirik. (Şərhsiz)

Indi isə icmanın imamı kimi qəbul edilən Yalçın Nəzərovun ötən dəfə yarımçıq qalmış müsahibəsinin davamı ilə tanış olun
- Bilirik ki, DIN-in Ictimai Təhlükəsizlik şöbəsinin təriqətinizlə maraqlanmasına səbəb sizin başqa əməlləinizdəki qanun pozuntuları deyil, Ələsgər Musayevin azyaşlı qızlarla öz kəbini altında saxlamasıylı bağlı olub. Bu məsələyə bir qədər aydınlıq gətirmənizi istəyirik.

- Bəli, Nizirlikdən Eldar müəllim gəlmişdi. O, Ələsgər əlehisalama bildirdi ki, sizdən şikayət var. Ələsgər əlehisalam onun sözünə qulaq asandan sonra dedi ki, bəli o, doğrudan da 4 qadınla kəbin kəsdirib. Onardan üçü azyaşlıdır. Ələsgər əlehisalam həmin zövcələrindən (kəbinli arvad - "Interpolis") biri 15 yaşı hələ tamam olmamış Nəzrin məmənin (icma üzvləri Ələsgə Musayevin kəbinli qadınlarını bu cür adlandırır və onu özlərinin mənəvi anası hesab edirlər. Onlar eyni zamanda bildirirlər ki, özünü Ələsgər əlehisalama təslim edən qız mömin və möminələrin anasına çevrilir.- "Interpolis") hazırda hamilə olduğunu da gizlətmədi. Gələn şəxsin "siz bilirsiniz ki, bu əməlinizlə dövlətin dövlətin qanunlarını pozmusunuz?" sualıma o, birmənalı cavab verdi: "Bəli, mən dövlətin qanunu pozmuşam, özü də bilərəkdən pozmuşam. Amma dövlətin qanunu Allahın qanunu deyil".
- Ələsgər Musayev dövlətin qanunu bilərəkdən pozmaqla nəyə nail olmaq istəyir?
- O, özü də çox istəyir ki, bu yolla onu məhkəməyə versinlər və oradan haqq səsimizi bütün ictimaiyyətə çatdıraq.
- Deməli, sizin sözünüzdən belə çıxı ki, dövlətin qanununu pozub, üç azyaşlı qızla kəbin kəsdirməklə kiməsə səsinizi çatdırmaq istəmisiniz?
- Bəli, biz əməlimizlə Cinayət Məcəlləsinin 152-ci maddəsinin tələblərini pozmuşuq. Amma biz Allahın qanununu pozmamışıq. Bizə yəqin ki, məhkəmədə son söz deməyə imkan verəcəklər. Və biz həmin zaman sözümüzü cəmiyyətə çatdıracağıq. Ələsgər əlehisalamın zövcələrininözləri və valideylərinin razılığı ilə bu kəbin kəsilib. CM-nin 152-ci maddəsində isə cinsi seksual yaxınlıqdan söhbət gedir. Ələsgər əlehisalam sə bu qızları kəbinlə zövcə elan edib.
- Belə çıxmır ki, siz atdığınız addımla özünüzü reklam etmək istəyirsiniz?
- Bizim başqa yolumuz yoxdur. Чünki, bizdən müsahibə alan jurnalistlər gedib başqa şeylər yazırlar. Və insanlarda bizə qarşı qıcıqlanma yaradırlar. Əgər bu əməlimizə ggörə biz cəzalanacağıqsa, qoy olsun. Uzağı 3 il həbs cəzasıdır. Gedib həbsxanada da xeyirxah işimizi davam etdirərik. Biz bir daha deyirik: "Dövlətin qanununu pozmuşuq, özü də bilərəkdən!". Dövlətin qanunlarının hamısı düzdür ki? özü də bu qanunlar sovet vaxtından qalan qanunlardır. Bir balaca üzərində işləyiblər vəssalam. Bugünkü dövləttn qanunlarından beləçıxır ki, bizim nənə-babalarımız əxlaqsız olublar. Onlar da 12-13 yaşlarından ərə gediblər. Əgər bir qadını kəbinlə zövcəliyə qəbul edirsənsə, nunla yaxınlıq nə üçün əxlaqsızlıq hesab edilməlidir? - Ələsgər Musayev təkcə azyaşlı qız uşaqları ilə kəbin kəsdirməklə qanunu pozmayıb, o, eyni zamanda4 qadını kəbini altında saxlamaqda da günahkar hesab edilir. Axı Republikamızda eyni vaxtda 2 və ya daha artıq nigaha girməyə icazə verilmir? - Biz bu sahədə də dövlətin qanununu pozmuş hesab edilirik. Allah tərəfindən 2, 3 və 4 qadınla eyni vaxtda kəbinli olmaqğa icazə verilir. Quranın 4-cü surə, 2-ci ayəsində deyilir: "" Orada deyilir ki, 2, 3 həta 4 qadınla eyni vaxtda kəbinli ola bilərsən, əgər sənin tabın var. Allah da göstərdi i, Ələsgər əlehisalamın tabı var və onun zövcəsi hamilə qalıb. (Bu yerdə bildirək ki, icma üzvləri özləri Quranı tərcümə edərək onu 500 nüsxə nəşr etdiriblər. Göstərilən misal isə onların öz açıqlamalarındandır. Həmin surənin surənin, həmin ayəsi 1989-cu ildə Nəriman Qasımoğlunun Quran-i-Kərimə azərbaycan türkçəsində verdiyi açıqlamada aşağıdakı formadadır: "Əgər qorxsanız ki, yetim qadınla evlənib gərəyincə verə bilməyəcəksiniz onun şaqqını, xoşunuza gələn qadınlardan ikisini, üçünü, dördünü alın. Əgər qorxsanız ki, bunları da ədalətlə yola verə bilməyəcəksiniz, birini alın, yaud da sahibi olduğunuz cariyələrlə keçinin. Doğru yoldan sapmamaqçün ən azı bunu etməli" - "Interpolis"). Indi əksər kişilər kənarda başqa bir qadın saxlayırlar. Hətta kişi saxlayıb, gədəbazlıq edənlər də var. Bu necə olur ki, öz qadınının yanındı başqa qadını kəbinlə saxlamağa qorxurlar, lakin Allahdan qorxmurlar ki, zinakarlıq edirlə. Biz isə qadınlarımızdan və dövlətdən deyil, Allahdan qorxuruq. Allah isə icazə verir bir neçə qadını kəbin altında saxlamağa.
- Siz cəm halında danışırsınız, belə başa düşürəm ki, sizin də bir neçə qadınla eyni vaxtda kəbininiz var?
- Bəli, mənim 3 zövcəm var. Dördüncünü də almağı Allah icazə verir. Bu gün minlərlə qadın əcnəbi ölkələrdə fahişəliklə məşğuldur. Onların çox az faizi kefdən bu yola düşüblər. Əksəriyyəti ehtiyacdan bu yola gediblər. Biz bir neçə qadını kəbin altında saxlamaqla fahişəliyin qarşısını almaq istəyirik. Kiminsə məşuqəsi olmaqdansa, zövcəsi olmaq yaxşı deyilmi? Mənim zövclərimən biri Ələsgər əlehisalamın qızıdır.
- Sonuncu?
- Xeyr, birinci zövcəm. Ondan sonra iki qadınla da kəbin kəsdirmişəm. Onlardan biri 16, digəri isə 17 yaşının içindədir. Mənim zövcələrimdən biri ləzgi millətinin nümayəndəsidir, iman əhlidir. Hansı millətdən olur-olsun Allaha iman gətirənlərin hamısı biz din qardaş və bacılarımız hesab edirik. - Bəs bu gün heç bir yerdə işləməyən Ələsgər Musayev 4, siz isə 3 arvadı necə dolandırırsız?
- Ruzini verən Allahdır. Zəkat qanunu var. Quranın 8-ci surə 41-ci ayəsində göstərilir ki, əlinə gələn 5/1-i Allahındır, rəsulundur. Bu qanun inamlı adamlar üçündür. Zəkat qanunu ilə yığılan zəkat ehtiyacı olan iman əhlinə paylanmalıdır. Biz hesab edirik ki, bu gün Allahın qanunları ayaq tutb yerimədiyi üçün cəmiyyətdə pisliklər, iyrəncliklər baş alıb gedir.
- ötən dəfə icmanızın sədri Elxan Axundovla danışarkən bildirdi ki, Ələsgər Musayevin kəbinli qadınlarından biri xəstədir.
- Bəli, bu doğrudan da belədir. Hələ 14 yaşının içində olan Xəyalə məmənin ürəyi parokdur. Ona heç toxunmaq olmaz. Ələsgər əlehisalam onu kefə görə almayıb. 33-cü surənin 50-ci ayəsinə görə həmin qızı Allaha xatir zövcəliyə qəbul edib. özü də həmin qızlar şüurlu surətdə özlərini təslim ediblər. Nazirlikdən gələn bu məsələ ilə bağlı Ələsgər əlehisalama bildirdi ki, o yaşda qızların ağıları kəsmir ki, etdikləri hərəkətləri nəzarətdə saxlayırlar. Ələsgər əlehisalam isə bildirdi ki, mənim zövcələrim Quran oxuyurlar. Və onlar bu addımı şüurlu atıblar. Ağılsız adam qəbirlərə Quran oxuyanlardır. Bu gün əyalə məmənin ürəyində cərrahiyyə əməiyyatı aparılması üçün 5 min dollardan artıq pul lazımdır ki, artıq mömin qardaşlarımız bu yardımı etməkdədirlər. Bir də ki, Quranda evlənmək üçün yaş həddi göstərilməyib. Orada qadın və kişinin özünü tanımasından söhbət gedir.
- Siz bayaq dediniz ki, bir neçə qadınla evlənməkdə məqsədinizin biri də fahişəliyin qarşısını almaqdır. Əgər elə isə nə üçün bu yola düşmüş və bu yolun astanasında olan qadınlarla deyil, azyaşlı qızlarla evlənməyi üstün tutursunuz?
- Bu gün lap fahişə qadın belə gəlib Allaha iman gətirsə, bizim din qardaşlarımız onlarla evlənməyə hazırdırlar. Mənim üç arvadım var. Birinə də ala bilərəm. Biz Allaha iman gətirənləri ümidsiz qaytarmarıq. Bu gün bizim icmada həkimlər də, müəlimlər də, mühəndislər də, polis əməkaşları da var. Bizə inananların sayı günü-gündən artmaqdadır. Чünki biz özümüzdən yox, Qurandan danışırıq. Qəbul etməyəcəklər etməsinlər, bizdən qabaq da qəbul etməyiblər, döyüblər, söyüblər. Bu gün polis bizi hər dəqiqə tuta bilər. Чünki biz heç yana qaçmamışıq. Əgər Azərbaycanın hüquq-müdafiəçiləri qanunun keşiyində durublarsa, onda nə üçün erməniləri cəzalandırmırlar. Onlar da Azərbaycan dövlətinin qanununu pozublar. Qız-gəlinlərimizi əsir aparıb hər gün onlarla cinsi yaxınlıq edir, onlardan bala alırlar. Onları nə üçün həbs etmirlər? Allahın qanunu ilə evlənənləri isə həbsə atmağa hazırdırlar. Amma belə götürəndə bizi iühakimə etmək də düzgün deyil. Чünki, 1996-cı ildə Ədliyyə Nazirliyindən icmamız qeydiyyatdan keçərkən ora fəaliyyətimizlə bağlı nizamnamə təqdim etmişik. Həmin nizamnamədə göstərmişik ki, biz fəalitimizdə Qurani Kərimə istinad edən yolla hərəkət edirik.
- Eşitdiyimizə görə bu gün Respublamızda igmanıza qarşı olan qüvvələr çoxdur və onlar sizləri düzgün yolda hesab etmirlər.
- Biz bu gün bizi qəbul etməyənləri dəyirmi masa arxasına dəvət edirik. Əgər bizə sübut etsələr ki, əməllərimix Qurana zidir, onda biz onların dediklərini qəbul edərik. Bizim bir düşmənimiz var. O da şeytandır. Biz ona qarşı mübarizə aparırıq.
-Allahın yolundan çıxmayanların hamısına Allah özü kömək olsun!

 

 

Həmd Allah üçündür, Rəbbidir aləmlərin!!

 

Ibrahimi, Bakka

Copyright © 2001-2010 İbrahimoğulları
All rights reserved.
Do not duplicate or redistribute in any form
without agree from owner

Ana səhifə Qonaq otağı Bəyanatlar Video Açılışlar Əlaqə
free counters
Хостинг от uCoz