Həmd Allah üçündür Rəbbidir aləmlərin.
Aqibət müttəqilər üçündür.
Allahın sülhü və əminamanlığı olsun üzərinə o kəslərin, ki iman gətirdilər və əməli salehdirlər və biri birini haqq ilə və biri birini səbr ilə tövsiyə etdilər.
Və Allahın lənəti olsun Onun və inanların düşmənlərinin uzərinə - o kəslərin ,ki kafirdirlər - ta bu gündən qiyamətin gününə qədər və sonra …!!!
Biz "Ekspress" qazetində tarixində çıxan məqaləni sizə təqdim edirik. (Şərhsiz)
ötən sayımızda "Şeyx Nizaməddin Əmir Hacc" Məsçidinin Dini Icmasının nümayəndasi (bu gün həmin icmanın numayəndələri özlərini "Ibrahimilər" adlandırırlar) Ələsgər Cabir oğlu Musayevin barəsində cinayət işi qaldırılması ilə bağlı məlumat vermişdik. Həmin cinayət işinin başlanmasına səbəb isə icma üzvləri tərəfindən "Allahın elçisi" adlandırılan bu şəxsin üç az yaşlını - Səfərova Nəzrin Mirzağa qızı, Əliyeva Xəyalə Vüqar qızı və Şabanova Cəmilə Nadir qızını kəbini altında saxlaması barədə hüquq mühafizə orqanlarına verilən şikayət olmuşdu. Hazırda Bakı şəhər Prokurorluğunda bu məsələ ilə bağlı araşdırma aparılır. Bizim isə bu məsələyə bir daha qayıtmamıza səbəb həmin qızlardan birinin, ürək xəstəsi olan, 1989-cu il təvəllüdlü Əliyeva Xəyalənin Haqq dünyasına qovuşmasə oldu.
ötən sayımızda 13 yaşlı Xəyalə Əliyevanın ürəkxəstəsi olduğu barədə məlumat vermişdik və bildirmişdikki, onun müəlicə olunması üçün din qardaşları 5min ABŞ dolları toplayıblar. Həmin məbləğ toplanıbcəm olduğundan sonra Mərkəzi Klinik Xəstəxanasınınhəkimi Kamran Musayevlə danışılır. Orada exoqrama çıxarılırvə aydın olur ki, onun xəstəliyi fallo tətradasıdır.Bundan sonra həkim həmin xəstəliyin çox ciddi olduğunubildirmişdir. Lakin bununla bərabər onu də qeyd etmişdirki, cərrahiyə əməliyyatı ilə xəstəliyinaradan qaldırılmasına nail olmaq mümkündür. Razılaşdırıldıqdansonra üç həkim - ömər Işıq (O, Türkiyə Respublikasınınvətəndaşıdır. öyrəndiyimizə görə,bu cür əməliyyatlar yalnız onun iştirakı ilə aparılır- "Interpolis"),Kamran Musayev və Firuz Qasımovla danışıqlar aparılır.Onlar Xəyalə Əliyevanın cərrahiyyə əməliyatı ilə şəfatapacaqlarını bildirirlər. Beləliklə də, iyulun24-də Mərkəzi Klinik Xəstəxanasına gətirilənXəyalə Əliyevanın üzərində ilkin müayinələrkeçirtdikdən sonra iyulun 25-də ürək üzərində cərrahiyyə əməliyyatı keçirilir.Lakin çox təəssüf ki, o, bu əməliyyatdan üğürla çıxabilmir, iyulun 27-də onun ürəyi əbədi olaraq dayanır.
Həmin gərgin və "Ibrahimilər"in cənazəni necə dəfn etdikləri barədə icmanın "Allahın elçisi" kimi qəbul etdikləri Əsgər Qurbanovun dedikləri:
- Cərrahiyə əməliyyatı neçə saat çəkdi?
- Bizə dediklərinə görə 12 saat. Qulaq şahidi olduğum üçün yalnız eşitdiyimi deyə bilərəm ki, iki dəfə əməliyyat ediblər. Əməliyyət zamanı qana böyuk ehtiyac oldu və din qardaşlarımız hamılıqla Xəyalə anamıza qan verməyə başladıq.
Lakin elə bir ucdan qan lazım olurdu. Onun üçün də belə qərara gəldik ki, qan alıb verək. Həmin vaxtsa qanla necə alver getdiyinin də şahidi olduq. Əvvəlcə qanın litrinin 400 min manata deyildiyi halda, Nəsimi bazarının yanındaki Qan Bankında 440 min manata aldıq. Topçubaşov adına Xəstəxanada isə qiyməti bir qədər də yüksək dedilər 480 min manata. Qanla necə alver getdiyini görədə dəhşətə gəlirdim. Biz başa düşürük ki, donorlara pul ödənilir, həmin qanın koservləşdirilib saxlanması üçün müəyyən xərclər lazım olur, lakin bu qədər də qanzıslıq görməmişdik. Qanda tapdıq, plazmada. Amma hiss edirdik ki, bu can fəşanlıq havayıdır. 27-si səhər tezdən Ələsgər əlehissalam dedi ki, zəng et Firuz həkimə, qoy açıq danışsın. Mən zəng edib soruşdum ki, Firuz qardaş, xəstə diridir ya ölüdür? O bildirdi ki hələ diridir. Ikinci sualım bu oldu ki, Allahın sənə verdiyi elmın hesabı ilə həyatına nəqədər qalıb? Cavabı bu oldu ki, çox az. Biz artıq yığışıb evdən çıxdıq, aeroport yoluna çatanda isə o bir daha zəng etdi və bildirdi ki, Xəyalə artıq dünyasını dəyişib. Mənim ona ilk sözüm bu oldu ki, Şükür Allaha! Allah tərəfindən gəlmişik, Allaha tərəfdə qayıdacağıq. Təbii ki, heç bir həkim əlində həstə ölməsini istəməz. Mən qan verərkən orada tibb bacılarından biri bildirdi ki, bu əməliyyat Respublikamızda birinci dəfədir keçirilir. Lakin orada onu da bildirdilər ki, həmin həkimlər Türkiyədə də bu cür əməliyyatlar keçiriblər. Dediklərinə görə ora ki, əməliyyatları uğurlu alınıbmış.
- Xəyalə Əliyevanı harada və necə bastırdınız?
- Biz onu öz vəsiyyətinə görə Allahın öyrətdiyi kimi bastırdıq. Ələsgər əleyhissalamın zövcələrindən biri olan Rəna xanımın 11 il əvvəl dünyasını deyişmiş və Digahda dəfn edilmiş anası Tuğra xanımın qıbrini açdıq və ora qoyduq
- Xəyalə Əliyevanı ilə Rəna Əliyevanın hansısa bir qohumluq ələqəsi var?
- Xəyalə anamız Rəna xanamın bacılığının qızıdır.
- Bəs bu işə qızın doğmaları necə baxdılar?
- Elə hamı birlikdə məşvərət etdi və bu razılığa gəlindi. Чünki qız özü Salyan rayonundan idi. özü də bizim yas məxlisində nə dəbdəbə, nə ah-vay, nə də saç yolma olmadı.
- Meyit yudurtmaq necə?
- Xeyir bizə dedilər ki, xəstəxanada yuyulub. Biz morqa gedəndə onu ağa bükülü vəziyyətdə gördük. Oradan gətirib torpağa təhvil verdik.
- Olmazdı ki, onun özü üçün qəbir qazılaydı?
- Fərqi nədir hazır qəbir var. Söhbət burda lazımlı və lazımsız şeydən gedir. Allaha xatir pul yığıldı və Xayalə ananın üzərində cərahiyə əməliyyatı keçirildi. Bu lazım idi və edildi. Əgər Allah baxımından lazım olsaydı qəbirdə qazılardı ehsanda verilərdi. Bu lazımsız şeyi biz etməmişik. Bizə öyrədilib ki, diriyə əl tut, əl tutmuşuq.
- Həmin qəbrin üstündə Xəyalə Əliyevanın da adı yazıldı?
- Xeyr. O yazı nəyə lazımdır ki, biz bilirik ki, həmin şəxsin cəsədi torpaqdadır. Qaldı ki xatirəyə, hər bir "Ibrahimi" ayda bir dəfə Quranı oxuyub başa vurur. Чünki biz hər bir ibadətdən sonra 2 vərəq (4 səhifə) Quran oxuyuruq, özudə aramla. Hər dəfə 33-cü surənin 50-ci ayəsini oxuyan "Ibrahimi" Allaha xatir Xəyalə salamuləleyhəni yad edəcək. Dəyəcək ki, Allah bu zamanda bu ayəni bu şəxsin vasitəsi ilə açdı. Indi siz deyin ayda-ildə bir dəfə gedib qəbri ziyarət etmək hara, bizim kimi xatiri əziz tutmaq hara. O, bir sıravi inanan kimi ölmədi. O, bu ayəni yaşadı və bu ayəni açdı. Bilirsiniz bu da Allahın öyrətməsiylədir. Allah bunu Quranda qarğanın dili ilə açır. Cəsədi basdırmaq üçün heç bir israfçılığa yol vermək lazım deyil, xərc insana diri ikən çəkilməlidir.
- Yas mərasimi necə keçdi ?
- Quranda yas sözu yoxdur. Sadəcə, biz diri ikən biri-birimizə baş çəkdiyimiz kimi, bu günlədə də biri-birimizə baş çəkdik. Və orada ağlayıb, baş yolunmadı. Allah yad edildi.
- Siz özunuz yas məclislərinə gedirsiniz?
- Cağıranda, hə. Nə dəb-dəbə ilə toy etmək, nə də yas etmək Quranda yoxdur. Lakin əgər məni hara isə çağırırlarsa Allaha xatir gedirəm. Axı Allahın Quranından öyrətdiyi hikmətlər var, bir insanın qəlbini qırmamaq üçün gedirəm və ora getmeyimdə günah yoxdur
- Bəs yas məclisini aparmaq necə?
- Xeyr, mən getmirəm. Ələsgər əleyhissalam isə indəyə kimi gedirdi və getməsində də məqsəd Allahın Quranını təbliğ etmək idi. Həmin məclislərdə də bildirirdi ki, bu məclislər lazım deyil. Bu gün isə artıq heç birimiz getmirik. Cünki böyük kütlənin Allahın qanunlarından xoşları gəlməməsini hiss etdiyimiz üçün bunlara son qoymuşuq.
Həmd Allah üçündür, Rəbbidir aləmlərin!!