Həmd Allah üçündür Rəbbidir aləmlərin.
Aqibət müttəqilər üçündür.
Allahın sülhü və əminamanlığı olsun üzərinə o kəslərin, ki iman gətirdilər və əməli salehdirlər və biri birini haqq ilə və biri birini səbr ilə tövsiyə etdilər.
Və Allahın lənəti olsun Onun və inanların düşmənlərinin uzərinə - o kəslərin ,ki kafirdirlər - ta bu gündən qiyamətin gününə qədər və sonra …!!!
Son dövrlərdə internet şəbəkəsində “İbrahimin milləti” (Milləti-İbrahim”) adı altında çoxsaylı saytlar yaradılmışdır. Bunu nəzərə alıb sizlərə müraciət ünvanlamağı qərara aldıq.
http://milleti-ibrahim.com və ümumiyyətlə İbrahimin milləti adı ilə bağlı hər hansı bir saytın bizim rəsmi saytımız olan ibrahimi.biz ilə heç bir bağlılığı yoxdur və ola da bilməz, çünki başqa saytlarda insanlara aşılanan terrorçuluq və bu kimi bir sıra ALLAHA xoş gəlməyən hərəkətlər məhz Ulu Yaradan tərəfindən şeytan öyrətmələri olduğunu həqiqi İbrahimin millətində olanlar düşüncəsinə, mənəviyyatına həkk etmişdir. Qeyri-müəyyən adlar altında gizli olaraq (bir növ saman altından su yeridərək) insanlara terroru öyrətmək istəyən bu mənfur kafirlərin əməlləri haqqında Rəhim olan ALLAH bizlərə Müqəddəs Kəlimatı olan Qurani-Kərimdə (4-cü “Qadınlar” surəsi 114-cü ayət): “Onların gizli söhbətlərinin əksəriyyətində xeyir yoxdur, ancaq o kəsdən başqa ki, əmr edir sədaqətə, ya mərifətə, ya insanlar arasında sülhə. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona əzəmətli əcr verərik!” – Öyrədir
Başqa bir ayədə isə (10-cu “Yunus” surəsi 25-ci ayət): “Allah sülh evinə çağırır və kimi istəyir düz yola hidayət edir!” –Buyurur.
Hər bir dövrdə olduğu kimi yaşadığımız bu dövrdə də ALLAH Öz rəsullarını qaldırıb və onların dili ilə bütün bəşər övladlarına insanlar arasında ədalətli və sülhsevər olmağı Öyrədir. Quranın 9-cu “Tövbə” surəsinin 32-ci ayəsinə nəzər yetirək:
Istəyirlər ki, Allahın nurunu ağız sözlərilə söndürsünlər, amma Allah qoymaz başqasını, ancaq Öz nurunu tamamlamaq istər, əgər kafirlər kərahətli olsalar da.
Bu ayədən də görünür ki, hər dövrdə olduğu kimi bu dövrdə də öz əməlləri və ağız sözləri ALLAH yoluna sədd çəkmək, ALLAH Nurunu söndrmək istəyənlər olur, ancaq ayənin sonundan göründüyü kimi ALLAH başqasını deyil Öz Nurunu tamamlamaq İstər.
Odur ki, bizlər ALLAH öyrətməsi ilə həmrəy olub bu rəsmi təkzibi saytımızda yerləşdirir və insanları sülhsevər olmağa çağırırıq. Bir daha sizlərə sülh və əminamanlıq diləyirik!
Həmd Allah üçündür, Rəbbidir aləmlərin!!