===İbrahimoğulları===

Və cəhd edin Allahda Ona haqq cəhdlə. O seçdi sizi və etmədi sizin üzərinizə dində çətinlik – atanız Ibrahimin millətidir. O adlandırdı sizi bundan qabaq təslimolan və bu da, olsun rəsul şahid üzərinizdə və olasınız şahidlər insanlar üzərində. Və qalxın ayağa islahata və əta edin zəkatı və yapışın Allah ilə - O Mövlanızdır sizin. Və gözəl Mövla və gözəl Nəsirdir!

Quran 22-ci surə 78-ci ayət

 

AZE RUS ENG

Yeniliklər və anonslar

Birbaşa yayım

Güvənirik Allah ilə şeytandan mürəciət etmişdən.
Ismi ilə Allahın - Rəhmanın, Rəhimin!

Həmd Allah üçündür Rəbbidir aləmlərin.
Aqibət müttəqilər üçündür.
Allahın sülhü və əminamanlığı olsun üzərinə o kəslərin, ki iman gətirdilər və əməli salehdirlər və biri birini haqq ilə və biri birini səbr ilə tövsiyə etdilər.
Və Allahın lənəti olsun Onun və inanların düşmənlərinin uzərinə - o kəslərin ,ki kafirdirlər - ta bu gündən qiyamətin gününə qədər və sonra …!!!

Və dedi Rəbbiniz: "çağırın məni, Mən cavab verərəm sizə. Həqiqətən, o kəslər ki, təkəbbürlüdürlər ibadətimdə - daxil olacaqlar cəhənnəmə daimi olaraq!" (40-60)
"Mən xəlq etdim cinləri və insanları, ancaq Mənə ibadətetmələri üçün" (51-56)
Allaha yaxın olmaq üçün beş vaxtda vacib edilən ibadətlər: gün çıxmamış, günorta, gün batmamış, gün batandan sonra, gecə ibadəti. Bu ibadətlərin hər biri iki rükətdir. Ibadətlər hər biri xalqın öz dilində orta səslə edilir.
Hər bir ibadətdən əvvəl yuyunmalı:
"Ay o kəslər ki, inanırsınız! Onda ki, ayağa qalxırsınızislaha tərəf, yuyun! üzünüzü və əllərinizidirsəyə qədər və məsh çəkin başınızavə ayaqlarınızı topuğa qədər. Və əgərcünub olasınız, onda paklanın. Və əgər xəstə,yaxud səfərdə olasınız, yaxud sizdən biriniz ayaqyolundan gələrsə, yaxud qadınlara toxunasınız,su tapmasanız pak torpaqla təyəmmüm edin. Və ondan üzünüzə və əllərinizə məshedin. Istəməz Allah sizi çətinliyə salmaq və lakinistəyər O sizi pak etmək və sizə olan ne'mətini tamamlamaq, ola ki, təşəkkür edəsiniz!" (5-6).
Gündəlik ibadətlərin niyyəti:
"Allaha yaxın olmaq üçün gün çıxmamış (günorta,gün batmamış, gün batandan sonra, gecə) ibadətiniyerinə yetirirəm".
Niyyətdən sonra "Allah uludur!" deyib, bir qul kimi durub ibadətin birinci rükətini yerinə yetirirəm".
"Ismi ilə Allahın - Rəhmanın, Rəhimin! Həmd Allah üçündür,Rəbbidir aləmlərin! Rəhmandır, Rəhimdir!Malikidirdin gününün! Təkcə Sənə ibadət edirikvə təkcə Səndən istəyirik. Hidayət et biziyolun düzünə. Yoluna o kəslərin ki, nemət veribsən üzərinə onların- qəzəbliklərindən qeyrilərinin və zəlalətdə olmayanların!Amin.
Ismi ilə Allahın - Rəhmanın, Rəhimin! De: O Allah vahiddir. Allah biehtiyacdır. Heç kəs Onun övladı deyil və O özü də heç kəsin övladı deyil. Və heç bir kəs yoxdur Onun oxşarı".
"Allah Uludur! Deyib ruku etməli.
Rukuda deməli:" Pak və Müqəddəsdir Rəbbimiz, Rəbbimizin vədi yerinə yetəcəkdir".
Rukudan qalxmalı və deməli:"Eşidir Allah o kəsi ki, tərifləyir Onu".
"Allah Uludur!" deyib səcdə etməli.
Səcdədə deməli: "Pak və Müqəddəsdir Rəbbimiz, Rəbbimizin vədi yerinə yetəcəkdir".
"Allah uludur!" deyib 2-ci rükətə başlamaq:
"Ismi ilə Allahın - Rəhmanın,Rəhimin! Həmd Allah üçündür,Rəbbidir aləmlərin! Rəhmandır, Rəhimdir! Malikidirdin gününün! Təkcə Sənə ibadət edirikvə təkcə Səndən istəyirik. Hidayət et biziyolun düzünə. Yoluna o kəslərin ki, nemət veribsən üzərinə onların- qəzəbləndiklərindən qeyrilərinin və zəlalətdə olmayanların!Amin.
Ismi ilə Allahın - Rəhmanın, Rəhimin! De: O Allah vahiddir. Allah biehtiyacdır. Heç kəs Onun övladı deyil və O özü də heç kəsin övladı deyil. Və heç bir kəs yoxdur Onun oxşarı".
"Allah Uludur! Deyib ruku etməli.
Rukuda deməli:" Pak və Müqəddəsdir Rəbbimiz, Rəbbimizin vədi yerinə yetəcəkdir".
Rukudan qalxmalı və deməli:"Eşidir Allah o kəsi ki, tərifləyir Onu".
"Allah Uludur!" deyib səcdə etməli.
Səcdədə deməli: "Pak və Müqəddəsdir Rəbbimiz, Rəbbimizin vədi yerinə yetəcəkdir".
2-ci rükətin 2-ci səcdəsindən sonra qalxaraq "Allah Uludur" deməli və oturaraq şəhadəti söyləməli: "Təriflər Allah üçündür. Şəhadət verirəm ki, Allahdan başqa ilahi yoxdur. Allah Vahiddir, şəriki yoxdur. Şəhadət verirəm ki, Allahın bütün elçiləri haqdır. Allahın salamı olsun bütün elçilərinə. Allahın salamı olsun seçdiyi bəndələrinə. Allahın salamı olsun hidayətə tabe olanlara".
Başı sağ tərəfə çevirib deməli: "Allahın salamı olsun sizə" və bunu sol tərəfə də deməli.
Bununla ibadət tamamlanır.
Ümümiyyətlə bu ibadat Quran ayələrinə istinadedilərək tərtib olunub:Istifadə olunan surə və ayələrinsiyahısı aşağıdakılardır:
1-ci surə 1-7-ci ayələr; 2-ci surə 28,285-ci ayələr; 4-cü surə 43,101,102,103-cü ayələr;5-ci surə 6-cı ayə;14-cü surə 4-cü ayə; 17-ci surə108,110,111-ci ayələr; 19-cu surə 93-cü ayə;20-ci surə 47,130-cu ayələr; 24-cü surə 45-ci ayə;27-ci surə 59-cu ayə; 50-ci surə 17-ci ayə; 112-ci surə 1-4-cü ayələr.
Ibadətdən sonra edilən dualardan bir hissə: "Rəbbimiz, unutduqda və yanıldıqda bizi cəzalandırma! Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi bizi ağır yükləmə! Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əhv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən! Kafirlərə qələbə çalmaqda bizəgömək et! Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra ürəklərimizin şəkk-şübhəyə düşməsinə imkan vermə! Bizəöz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən doğrudanda da bəxşiş verənsən! Olacağına şübhə edilməyən bir gündə bütün insanları toplayan Sənsən!Həqiqətən, Sən öz vədinə xilaf çıxmırsan! Mülkün sahibi olan Allah! Sən mülki kimə istəsən verirsən və istədiyin kəsdən alırsan! Istədiyin kəsi yüksəldir və istədiyin kəsi kiçildirsən! Xeyir yalnız sənin əlindədir! Həqiqətən, Sən hər şeyə qadirsən! Gecəni gündüzə qatırsan, gündüzü gecəyə qatırsan! ölüdən diri c, diridən ölü çıxardırsan! Istədiyin kəsə saysız hesabsız ruzi verirsən! Günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Rəbbimiz! Sənin rəhmətin və elmin külli şeyi əhatə edib! Və bağışla o kəsləri ki, qayıdıblar və tabedirlər Sənin yoluna və qoru onları cəhənnəm əzabından! Rəbbimiz! Və daxil et onları Ədn cənnətlərinə, hansı ki, vədə vermişdin onlara və o kəsə ki, saleh idi atalarından və zövclərindən və zürriyyətlərindən. Həqiqətən, Sən - Sən Əzizsən, Həkimsən! Və qoru onları pislikdən. Və kimi pislikdən qorusan o gündə, ona rəhm etmiş olarsan. Və budur əzəmətli uğur! Rəbbimiz! Bəxş et bizim üçün zövclərimizdən və zürriyyətimizdən gözümüzün işığı olanı və et bizi müttəqilər üçün imamlar! Həmd Allax üçündür Rəbbidir aləmlərin!

Həmd Allah üçündür, Rəbbidir aləmlərin!!

 

 

Ibrahimi, Bakka

Copyright © 2001-2010 İbrahimoğulları
All rights reserved.
Do not duplicate or redistribute in any form
without agree from owner

Ana səhifə Qonaq otağı Bəyanatlar Video Açılışlar Əlaqə
free counters
Хостинг от uCoz