===İbrahimoğulları===

Və cəhd edin Allahda Ona haqq cəhdlə. O seçdi sizi və etmədi sizin üzərinizə dində çətinlik – atanız Ibrahimin millətidir. O adlandırdı sizi bundan qabaq təslimolan və bu da, olsun rəsul şahid üzərinizdə və olasınız şahidlər insanlar üzərində. Və qalxın ayağa islahata və əta edin zəkatı və yapışın Allah ilə - O Mövlanızdır sizin. Və gözəl Mövla və gözəl Nəsirdir!

Quran 22-ci surə 78-ci ayət

 

AZE RUS ENG

Yeniliklər və anonslar

Birbaşa yayım

Güvənirik Allah ilə şeytandan mürəciət etmişdən.
Ismi ilə Allahın - Rəhmanın, Rəhimin!

Həmd Allah üçündür Rəbbidir aləmlərin.
Aqibət müttəqilər üçündür.
Allahın sülhü və əminamanlığı olsun üzərinə o kəslərin, ki iman gətirdilər və əməli salehdirlər və biri birini haqq ilə və biri birini səbr ilə tövsiyə etdilər.
Və Allahın lənəti olsun Onun və inanların düşmənlərinin uzərinə - o kəslərin , ki kafirdirlər - ta bu gündən qiyamətin gününə qədər və sonra …!!!

Mən Allah yazmışam ona görə ki, Quranda (17-ci surə 110-cı; ayədə) De: "Allah çağırın, ya Rəhman çağırın - hər hansını çağırasınız, Onun üçündür yaxşı adlar". Və islahatınla səsini uca etmə və məxfi etmə və bu arada yol axtarıb get.( 7-ci surə 180-cı; ayədə) Və Allah üçündür yaxşı adlar və onunla çağırın Onu. O kəslər ki, Onun adları barəsində hədlərini aşırlar, onları tərk edin ki, nə əməl ediblər, ona görə də onlara cəza olacaq! Mən sizə onu bildirmək istəyirəm ki mənim üzərimə səmavi kitab - Qurandan vəhlər nazil olur onlarla da mən bütün dünyanan bölüşmək istəyirəm. Sizin çoxlarınızda sual doğrur: " nə üçün Quran, ne üçun Tövrat və Incil yox?". Tövrat və Incil şübhəsiz səmavi kitablardır - Rəbbimizdən nazil olandır insanların hidayəti üçün, həmdə sinaq üçün ki insanlar bilsinlər nəyə qadirdirlər. Amma insanlar onlarda dəyişiklik etdilər - Tövratda və Incildə.Onlardan sonra nazil oldu Quran, özundən qabağkıların - Tövratı və Incili - haqq olduğunu təsdiq edən və Allah tərəfindən qorunan , heç kəs onda dəyişiklik edə bilməz və yoxdur onda əyrilik. Rəbbimiz bu haqda Quranda deyir: 6-cı surə 115-ci ayət : Rəbbinin kəlamı doğruluq və ədalətlə tamam oldu. Onun sözlərini dəyişdirə bilən yoxdur. Və, O, Səmidir, Alimdir! 15-ci surə 9-cu ayət : Həqiqətən, Biz endirmişik zikri və həqiqətən, Biz onun üçün mühafizik. Quran ərəb dilində tərcüməsi qirayət olunandır. Məgər indiki vaxtda kimsə Quran oxuyurmu ki, Allahın Quranda buyurduğu qanunlarla yaşasınlar? Sizin bir çoxunuzun etirazınız olacaq: " bəs müsəlmanlar, mollalar və islamın başqa nümayəndələri? Yox , onlar Quran oxuyurlar , ancaq bunun mahiyyətinə vara bilmədikləri üçün "hədislər"- yeni həkayətlər oxuyurlar və təsdiq edirlər ki, hədis qanunlarıyla yaşamaq lazımdır, baxmayaraq ki, Allah Quran da Buyurur ki, "2-ci surə 2-ci ayət" : Bu kitab - yoxdur şübhə onda, hidayətdir müttəqilər üçün "31-ci surə 6-cı ayət" : Və insanlardan var o kəs ki, elmsizlikdən satın alar mənasız hədisləri, zəlalətə salmaq üçün Allah yolundan və onu əyləncəyə tutar. Və həmin onlar üçündür alçaldıcı əzab."7-ci ayətdə": Və onda ki, tilavat olunar onun üzərinə Bizim ayətlərimiz, təkəbbürcəsinə üz çevirir, elə bil ki, onu heç eşitməyir, elə bil ki, qulaqlarında onun ağırlıq var. Bəşarət ver ona ələmli əzabla!, 77-ci surə 50-ci ayət: Bəs hansı hədisə bundan sonra inanacaqlar? Mən bütünliklə Qurandan olan vəhylərə istinad edərək tam əminləiklə deyə bilərəm ki, indiki, zamanədə yer üzündə Allahın buyurduğu din yoxdur. Hər yerdə fəsad, oğurluq, zorakılıq, paxıllıq, yalan, zülm, terror və müharibələr var.Hətta o ölkələr ki, özlərini islam dövləti adlandırırlar öz aralarında sülhə nail ola bilmirlər.Bu 14 əsirlik zaman müddətində onlar nəyə nail olublar , guya Qurana istinad edirlər? Həqiqətdə isə onlar özlərinə sərf edən öz dinlərini uydurdular. Bütün dünyada "islam","Quran" və sairə, sözləri terrorizimlə, müharibə ilə və zorakılıqla bir səviyyədə hallanır. Məgər Allah Quran vasitəsi ilə bunumu öyrədir? "Islam" sözü təslim olmaq deməkdir. Əgər bütün insanlıq Allaha təslim olsaydı, onda yer üzü sülh və əminamanlıq məskəninə çevrilərdi. Allah heç bir elçi göndərmədi ki, öz dinini təblig edə, ançaq Allahın dinini. Məsələn: Musa (Allahın salamı olsun) yahudiliyi yox, Allahın dinini təbliğ etmək üçün gəldi, Isa (Allahın salamı olsun) xristiyanlığı yox, Allahın dinini təbliğ etmək üçün gəldi, Mühəmməd (Allahın salamı olsun) ərəbçiliği yox, Allahın dinini təbliğ etmək üçün gəldi. Insanlar firqələrə bölündülər, lakin Allah isə birliyə çağırır.
"3-cü surə -104-cü ayət" :Və gərək olsun sizdən bir ümmət ki, dəvət etsin xeyirə və əmr etsin mərifət ilə və nəhy etsin inkardan - həmin onlar  nicat  tapanlardır. "105-ci ayət" : Və olmayın o kəslər kimi ki, firqələrə bölündülər və ixtilaf etdilər ondan sonra ki, gəldi onlara bəyanat və həminonlar üçündür Allahın əzəmətli əzabı.Bunu üçün necə ki, Allah buyurur hənif - yani faydalı millətiIbrahim dinində birləşmək lazımdır. "3-cü surə 95-ci ayət": De: "Allah doğru buyurur! Və tabe olun milləti Ibrahimə -hənifdir və olmadı  o, müşriklərdən!" "4-cü surə 125-ci ayət": Kim yaxşı ola bilər din etibarilə o kəsdən ki, təslim edə öz vəchini Allah üçün və o,yaxşılardandır və tabe olur hənif, yəni faydalı   Ibrahim millətinə? Və götürdü Allah Ibrahimi dost! "2-ci sura 130-cu ayət": Və kim uzaqlaşar millətindən Ibrahimin,ancaq kim ki, səfeh etdi öz nəfsini. Və əlbəttə,Biz seçdik onu dünyada və həqiqətən o, axirətdə də salehlərdəndir.Indi Allah qaldırıb bizi ki biz həqiqi islamı dirçəldək  hansını ki, siz bilirsiz ərəb dilindən tərcüməsi təslim olmadır. Butun bizim atdımlarımız ancaq Quran  ayətlərinə istinad edilir.Mən Allahın izni ilə Quranda  olan yaddan çıxarılmış ayətləri diriltdim.Busaytı yaradmaqda məqsəd olub ki insanlar bilsinlər ,ki belə bir ümmət (millət) var. 7-ci surə 181-ci ayət : Və o kəslərdənki, Biz xəlq etmişik, ümmət - hidayət edir haqq ilə və onunla ədalətlidir.Mən demirəm ki, hər şeyi bilirəm , hər şeyi bilənAllahdır və mənə istədiyi qədər açıqlayır.Insasnlar  dərin  zülmət içərisində olan zaman isə Allah öz  elçilərini göndərir. "7-ci surə  35-ci ayət": Ay Adam oğulları! Nə vaxt ki, gələndə sizin üçün elçilər sizin özünüzdən, Mənim ayətlərimi  sizə hekayət edəndə və kim ki, təqvalı olub  və islah etdi, onların üzərində xof yoxdur və hüznlü olmayacaqlar! "2-ci surə 151-ci ayət": Nə qədər göndərdik sizdə rəsul sizdən - tilavat edir üzərinizə ayətlərimizi və paklayır  sizi və öyrədir kitabı və hikməti və öyrədir  sizə nəyi ki, olmadınız  bilənlər. "5-ci surə 19-ci ayət": Ay əhli kitab! Əlbəttə, gəldi sizə rəsulumuz  bəyan edə sizin üçün, üzərində fitrətin rəsullardan deyərsiz ki: "Gəlmədi bizə bəşarət  verəndən və yox nəzərə çatdırandan".Və  əlbəttə,  gəldi sizə bəşarət verən və nəzərə çatdıran. Və Allah üzərində külli şeyin Qadirdir!

 

Həmd Allah üçündür, Rəbbidir aləmlərin!!

 

 

Ibrahimi, Bakka

Copyright © 2001-2011 İbrahimoğulları
All rights reserved.
Do not duplicate or redistribute in any form
without agree from owner

Ana səhifə Ünsiyyət Bəyanatlar Video Açılışlar Əlaqə
free counters
Хостинг от uCoz