===İbrahimoğulları===

Və cəhd edin Allahda Ona haqq cəhdlə. O seçdi sizi və etmədi sizin üzərinizə dində çətinlik – atanız Ibrahimin millətidir. O adlandırdı sizi bundan qabaq təslimolan və bu da, olsun rəsul şahid üzərinizdə və olasınız şahidlər insanlar üzərində. Və qalxın ayağa islahata və əta edin zəkatı və yapışın Allah ilə - O Mövlanızdır sizin. Və gözəl Mövla və gözəl Nəsirdir!

Quran 22-ci surə 78-ci ayət

 

AZE RUS ENG

Yeniliklər və anonslar

Birbaşa yayım


Güvənirik Allah ilə şeytandan mürəciət etmişdən.
Ismi ilə Allahın - Rəhmanın, Rəhimin!

Həmd Allah üçündür Rəbbidir aləmlərin.
Aqibət müttəqilər üçündür.
Allahın sülhü və əminamanlığı olsun üzərinə o kəslərin, ki iman gətirdilər və əməli salehdirlər və biri birini haqq ilə və biri birini səbr ilə tövsiyə etdilər.
Və Allahın lənəti olsun Onun və inanların düşmənlərinin uzərinə - o kəslərin ,ki kafirdirlər - ta bu gündən qiyamətin gününə qədər və sonra …!!!

Biz "Ekspress" qazetində tarixində çıxan məqaləni sizə təqdim edirik. (Şərhsiz)

"Mən cahil dindarlardan yox, avadlı jurnalistlərdən incimişəm."

Ilk olaraq Israildən redaksiyamıza telefon açan puluna heyfi gəlməyən yarım saatdan artıq məsələlərə aydınlıq gətirmək istəyən Elxan Axundovla söhbətimizi sizlərə təqdim edirik. Elxan Axundovun qazetimizə ilk iradı ondan ibarət oldu ki, biz Ələsgər Musayevi "Şeyx Nizaməddin Əmir Hacc" Məsçidinin Dini Icmasının sədri kimi təqdim etmişik . O, həmin icmanın sədrinin özü olduğunu bildirdi və qeyd etdi ki, Ələsgər Musayev icmanın nümayəndəsi və "Allahın elçisidir"
- Siz Israildə fəaliyyətinizlə bağlı yaşayırzınız?

-Xeyr. Yadınızdadırsa, icmamız fəaliyyətə başlayandan bir gədər sonra bizə təziqlər edildi. Və həmin şəxslərin də istəyi bu idi ki, icmamızın fəaliyyətini dayandırsınlar. Belə olan halda icma üzvləri bir yerə yığılışaraq məsləhətə ğəldi ki, səsimizi mətbuat vasitəsi ilə əməli saleh insanlara çatdıraq və elə bunu üçün də "Pressklub" da konfrans təşkil etdik. Hacı Əbdül həmin vaxt ora hücüm çəkti və icmanın imamlarının birinə əl qaldırdı. Inan ki, o vaxt Allahın rəsulu (Ələsgər Musayev nəzərdə tutulur, icma üzvləri onu bu cür adlandırır) olmasaydı Əbdülün oradan məyidi çıxardı. Lakin o, hamını səbrə dəvət etdi. Bundan sonra isə mənə qarşı təzyiqlər başlandı. Allahşükürün adamları hətda məni mənzilimdə qanıma qəltan etdtlər. Mən ailəmin təhlükə əltında olmasından ehtiyat edərək vətənimi tərk etmək məcburiyyətində qaldım. Və hazırda burada yaşayıram.
- Siz fəaliyyətinizi orada davam etdirisiniz?
- Xeyr mənim planım var. Buradan Amerikaya getmək barədə fikirləşirəm. Allahın rizası ilə sonradan vətənimə dönüb fəaliyyətimi davam etdirəcəyəm. Mənim din qardaşlarım bu gündə fəaliyyətlərini davam etdirirlər. Inanıram ki, qısa bir mütdətdən sonra xalq da yavaş yavaş qurtaracaq. Bilirsiniz, mənə ağər gələn Qurandan xəbərləri olmayan, cahil dindarlar tərəfindən təqib olunmamız yox, peşəsi xalqı baş verənlərdən məlumatlandırmaq olan jurnalistlərin bizə qarşı çıxmasıdır. Onlara bir tövsiyyəm var, Allaha sitayiş etsinlər, qorxsunlar Allahın cəzasından. Allhın elçisini təhqir etmək olmaz.
- Dəməli siz Məhəmməd peyğəmbəri (Ə.s) sonuncu Allah elçisi hesab etmirsiniz?
- Bu ərəb şovenistlərin fərziyələridir. Onlara dini qizlində saxlamağa çalışırlar ki, xalqı dindən uzaqlaşdırsınlar və öz hökmranlıqların etsinlər. Bir sözlə, insanlarını Quranda yazılananlardan uzaqlaşdırsınlar. Quranda yazılmayıb ki, Məhəmməd peyğəmbər (Ə.s) sonuncu Allah elcisidir. Orada yazılıb ki, Allah yerə öz elçilərini göndərəcək. Və onları Allahın elçiləri kimi qəbul edəcəklər. Mən də Ələsgəri Allahın elçisi kimi qəbul edənlərdənəm. Onun ətrafındakıları da həmçinin. Onları düzgun qəbul etməmək cahillikdir. Bu gün təkcə Bakıda yox, Azərbaycanın hər bir güşəsində Allah elçiləri var
- Siz Ələsgər Musayev barədə DIN tərəfindən təhqiqat aparılmasından xəbərdarsınızmı?
- Eşitmişəm. Burada heçbir dəhşətli şey yoxdur, Allahın rəsulu həmin qızları eyş-hişrət xatirinə və Allahın rizasından kənar yaxınlıq etməyib. Hər üç qızla kəbin kəstirib və onları Allahın rizasını ilə zövcəliyə qəbul edib. Həmin kəbin mərasimləri videolentə çəkilib. Hər üçünün də bütün qohum-əqrabası həmin mərəsimdə iştirak edib. Onlar Allahın rizasından Quranın ayəsi ilə özlərini Allahın rəsuluna bəxşiş ediblər. Əgər siz Ələsgərin zövcləri ilə ğöruşsəydiniz sizlərə aydın olardı ki, onlardan biri xəstədir. O, həmin qızı Allaha xatir qəbul edib. Burada sizin yazdığınız cinsi yaxınlıqdan söhbət belə gedə bilməz.
- Sizə məlumdur ki, Ələsgər Musayev əvvəllər ailəli olub və onun ayrıldığı qadın - Ziba xanım Musayeva - hazırda xəstədir. Və həmin qadının da bu gün köməyə ehtiyacı var. Bəs nə üçün Allahın elçisi zavallı qadını köməksiz qoyub?
- 1985-ci ildə həmin nigah pozulub. Və bu gün Allahın rəsulunun həmin qadından olan uşaqlarının üçü də atalarını yanındadır. Allahın rəsulu onlara qayğı göstərir. Hətta oğlu onunla bir həyətdə yaşayır, iki uşağı da var. Qızları isə dindar qardaşlarımızla ailə həyatı qurublar. Mənim sizə heç bir iradım yoxdur, lakin Allahdan qorxun nəyisə düz yazmıyanda.

"Allahın rəsulunun tapşırığına əməl edib səbr etdik"

Israildə siğinacaq tapan Elxan Axundovla telefon danışığmızdan sonra icmanın bir neçə üzvü redaksiyaya telefon açdılar və bildirdilər ki, baş verən məsələlərə aydınlıq gətirmək istəyirlər. Onlardan biridə bir vaxt Hacı Əbdülün təpkisi ilə qarşılaşan və buna görə polis oraqanlarına ərizə ilə mürəciət edən Yalçın Nəzərov oldu. Biz onunla göruşmək istəyimizi bildirib redaksiyaya dəvət etdik. Icmanın sədri kimi Israildə deyil Mərdəkanda olan Nəzərov dəvətimizi qəbul edti. Onunla olan söhbtimizin heç bir şərhsiz diqqətinizə çatdırırıq.
- Siz necə oldu ki, bu dini icmaya qoşuldunuz?

- Mən hələ orta məktəbdə oxuyarkən Allahın elçisi barədə eşitmişdim. Onun yanına gedib bildirdim ki, mən də bu yolla getmək istəyirəm. O, mənim bu istəyimi alqışlasada bildirdi ki, bu çox ağır bir yoldu - təhqirlər, təqiblər var. Чünki onun başı çəkmişdi. Hələ 1990-91-ci illərdə Əmircan qəsəbəsindəki "Qoşa Minarəli Məsçidi"ndə sədr olmuşdu. O da qarşıdurma olmasın deyə çixmışdı oradan.
- Onu kimlər sıxışdırırdılar?
- Yerli dindarlar
- Səbəb nə idi?
- Səbəb o idi ki, Allahın elçisi deyirdi ki, Quran ölü üçün deyil diri üçündür. qəbristanlıqlarda Quran oxunmasını, ölülərin dəb-dəbə ilə bastırılmasını, nəzir qutularını və sairi Qurana zidd hesab edirdi. Elə məhz bu xususiyyətləridə onu təqiblərə məruz qoymuşdu. Lakin məsçidləri gəlir mənbəyi hesab edən dindarlar bunu qəbul edə bilmədilər… Bir sözlə, Allahın izni ilə ərəb əlifbasını öyrəndim və Quranı oxumağa başladım. Mənim heç bir dini savadım yoxdur, lakin bu gün Quran oxuyub tərcümə edirəm. Bu heç bir çətinlik yaratmır bilirsiniz nə üçün? Чünki Quran təmiz türk dilindədir. - Din barədə söhbətlərimizi sonraya saxlayıb, gəlin birbaşa konkret faktdan danışaq. Ilk olaraq "Press klub"dakı hadisə barədə. - Biz Allahın qanunlarının bərqərar olmasına çalışırıq. Elə mətbuat konfransının da məqsədi o idi ki, barəmizdə danışılan şaiələrə aydınlıq gətirək. Orada bizim din qardaşlarımız çıxışlar etdilər və elə bu vaxt gördük ki, Hacı Əbdüllün adamları gəldilər. Mən elə oradanca Allahın rəsuluna zəng edib məlumat verdim. O bizə məsləhət gördü ki, heç bir vəziyyətdə qarşıdurmaya getməyək. Səbr göstərək. Bizdə bu tapşırıqdan sonra konfransı davam etdirməyə başladıq. Elə bu vaxt Hacı Əbdül zala daxil oldu. Və içəri girən kimi bizdən soruşdu ki, "siz hansı dinə qulluq edirsiniz?" Biz Allaha təslim olanlarıq, Allahın quluyuq". Lakin bizim bu cavabımız onu qani etmədi. O , əvvəlcə qulağımdan dartdı, sonra bir şillə vurdu mənə. Digərləri isə, hazırda Israildə yaşayan, Emin qardaşımıza əl qaldırdı. Biz orada səbirlilik göstərdik. Əgər qarşıdurmaya qalsaydı, bir şilləm kifayət edərdi onun təlxəkliyinə son qoymağa. Bu gün Hacı Əbdül deyir ki, güya "Press klub"un rəhbəri hadisə yerinə polis əməkdaşları çağırıbmış. Lakin bu sırf yalandır. Hacı Əbdül dindardırsa, bilməlimdir ki, yalan danışanın Allah yanıda cəzası nədir. Bu hadisədən Emin qardaşımızla mən Səbail rayon polisinə və prokurorluq orqanına rəsmi ərizə ilə mürəciət etdik və döyülməmizi özündə əks etdirən videokasetləri də onlara təqdim etdik. Aradan iki aydan artıq vaxt keçdi, lakin bizi yada salan olmadı. Sonradan Firdovsi adlı bir polis kapitanı bizi çağırdı və yenidən izahat aldı sonra isə bildirdi ki, bu işin ədalətlə həlini tapmasına çalışacaq. Lakin sonradan bizə dedilər ki, bu işdə cinayət tərkibi olmadığı üçün iş xətm olunub. Işin xətm olunması gülməli idi, lakin biz yenədə səbr göstərdik. Lakin orada həmin polis kapitanından soruşdum ki, əgər mən indi çıxıb küçədə kimi isə vusam mənə iş düşür? Dedi : bəli. Dədim, bəs necə olur ki, bir o gədər jurnalistin gözu qarşısında bizi qapazlayırlar, hələ bir onun kassetıni də sizə təqdim edirik, amma heç bir tədbir görmürsünüz. O, heç bir cavab verməyib başını aşağı saldı. Bilirsiniz, bizə lazım da deyil ki, Hacı Əbdül gedib damda yatsın, onun cəzasını Allah özü verəcək. O dövlətin məhkəməsindən qaça bilər, Allahın məhkəməsindən isə özünə arxa tapa bilməyəcək. Bu gün müsahibə verir və deyir ki, həmin vaxt cinayət işi ona görə xətm edildi ki, Ələsgər əleyhisalam 14 yaşında qız qaçırdığı üçün barəsində axtarış elan edildi. Lakin bir ondan soruşan yoxdur ki, onun qız qaçırmasının Yalçın Nəzərovun Hacı Əbdülə qarşı etdiyi şikayətin ləğv edilməsinə nə aidiyətı var?

 

 

Həmd Allah üçündür, Rəbbidir aləmlərin!!

 

Ibrahimi, Bakka

Copyright © 2001-2011 İbrahimoğulları
All rights reserved.
Do not duplicate or redistribute in any form
without agree from owner

Ana səhifə Ünsiyyət Bəyanatlar Video Açılışlar Əlaqə
free counters
Хостинг от uCoz